15 manatla dünyanın ən gözəl qadınını yoldan çıxaran TÜRK SİRLƏRİNİ AÇDI "Onunla öpüşdük..." - FOTOLAR

1041
15 manatla dünyanın ən gözəl qadınını yoldan çıxaran TÜRK SİRLƏRİNİ AÇDI "Onunla öpüşdük..." - FOTOLAR

Metin Hara Adriana Limanın qəlbini necə fəth etməsini Türkiyənin məşhur jurnalisti Ayşe Armana etiraf edib.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Metin Hara müsahibəsində haqqında yazılan xəbərlərə aydınlıq gətirib.

"Ya riyazi hesablama bacarıqlarını itiriblər, ya da əxlaqlarını!"

- Sizin münasibətlərinizin reklam olduğunu yazırlar. Hər yerdə öpüşdüyünüzü tənqid edirlər. Elə bir söz de ki, sevginizin oyun olmadığını sübut edə biləsən.

- Ayşəcim, sən də illərdir mətbuatdasan, özün də məşhur qadınsan. Qurban olum, düzünü de. Sənə pul müqabilində sevmədiyin adamla öpüş desələr, qəbul edərsən? Öpüşərsən həmin adamla? Axı bunu kim qəbul edər? İnsanlar hansı ağılla belə fikirləşirlər? İnsan zehni necə bu qənaətə gələ bilər? Üstəlik də söhbət dünyanın ən gözəl qadını kimi tanınan və çox pul qazanan model - Adriana Limadan gedir. Bu qadının çalışdığı brendlərin və aldığı büdcələrin miqdarından xəbərləri yoxdur? Ya riyazi hesablama bacarıqlarını itiriblər, ya da əxlaqlarını!

"Bu dəfə varlı kişilər, iş adamları qazanmadı!"

- Qardaşım, axı siz hər yerdə öpüşürsünüz. Papratsilər də etiraf edir ki, bu, quraşdırmadır. Müəyyən pozaları siz kadlarda düşmək üçün edirsiniz. Həqiqətən aşiq olan adam yox olur, onu çəkənlərdən uzaqlaşır.

- Bizim qaldığımız ev çox böyükdür. Sənə olduğumuz yerdəki dağın fotosunu da göndərəcəyəm. Haradan çəkdiklərini özün görərsən. 1,5 km-dən uzun teleobyektivlə çəkirlər. Onlar təbii ki, belə yazacaq, belə danışacaq. Bu dəfə varlı kişilər və iş adamları qazanmadı, sadcə 30 TL-yə (təxminən 15 manat) alınan bir musiqi qutusu, bir kağıza yazılan şeir qazandı! Gənclər bunu bilsin. Artıq sevgi təkcə pulla qazanılmır.

Sadəcə, dünyanı, havanı gəmirənlər, insanları və işçiləri istismar edənlər qazanmır. Qəlbi geniş qadın belə bir şeirə, bir musiqi qutusuna çox rahatlıqla vurulur. Sənə aşiq olur! Gənclər bunu nümunə götürsün, bunu həzm edə bilməyənlər də qazlı su içsin. Çünki daha böyük şeylər də olacaq...

Amöbdən böyük zəkası olan hər hansı bir insan yaşadığımızın reklam olmadığını və olmayacağını anlayacaq! Anlasınlar. Qarşımızdakı qadın məşhur olmaq üçün özünü parçalayan, reklama ehtiyacı olan instaqram fenomenidir ki? İstəmədiyi biri ilə öpüşər ki? Onu aşağı səviyyəli kanallarda İnstaqram fenomeni olan, sonra sensasiyalı münasibətlər yaşayan insanlara bənzədirlər. Qarşılarındakı qadının miqyasını bilmirlər, dünya miqyasında olduğunu dərk etmirlər.

"Qadını 5 gün tutuquşu kimi qəfəsdə necə saxlayım?"

- İnsan çox aşiq olanda gizlənmək istəyir. Sevişin, öpüşün, amma otaqda. Bağlanarsan, başqaları ilə işin olmaz. Amma siz dünən Mehmedofa getmisiniz.

- Eee... Ürəyimiz sıxıldı. Qadını 5 gün tutuquşu kimi qəfəsdə necə saxlayım? Qapıda 12 maşın jurnalist gözləyir deyə öz həyatımı niyə məhdudlaşdırıram? Gəlin (Adriana Lima) dünən möhtəşəm fikir bildirdi bu barədə. O, "Adam öldürməmişik, narkotik istifadə etməmişik, pis bir şey etmədik, sadəcə eşq yaşayırıq", - deyə açıqlama verdi. Həqiqətən də elədir.

Bizim heç bir problemimiz yoxdur. Dünya da əslində vecimizə deyil. Biz hava limanında öpüşdük, kimsə də çəkib. Sevdiyim qadını öpürəm, bu qədər! Sənə nə? Endik, onsuz da mətbuat nümayəndələri orada idi. Bizə çatmaq üçün arxadakı maşına çırpıblar. Yeri gəlmişkən yazdıqları da doğru deyil, biz maşının sürətini artırmadıq. Villaya gələn kimi dağın təpəsinə dırmaşdılar. Bodiquardlar gətirtdik, qadın qorxdu. İndi küçədə bizi 12 maşın gözləyir. Sən özün söylə, obyektivlərə düşməməyin yolu varmı?

- Biz manyak kimi hər şeydən şübhələnirik. Nüsrətin duz səpməsinin də bir piar işi olduğunu düşünənlər var.

- O biznesdir, mənimki isə eşq! Mən dünyanın ən gözəl qadınını pulla satın alaraq, öpərək Paulo Coelho olacağam? Etmə! Həqiqətən belə düşünənlərin ürəyinin olmasından şübhə edirəm. Belə bir ssenariyə sadəcə IQ olmayanlar, hətta əqli zəifliyi olanlar inanar. Bu insanların nə zəkası, nə də emosional zəkası var.

- Veriliş aparcağınla bağlı deyilənlər doğrudur?

- Bu da başqa bir dəlilikdir! Mənim Acunla heç tanışlığım yoxdur, onunla heç danışmamışıq da. Proqram təklifi də gəlməyib. Özləri deyir, özləri də inanır. Mən “Doğan TV”-yə yaxınam, istədiyim vaxt proqram aça bilərəm, Youtube kanalımız onlarla ortaqdır. Onlarla da bu mövzuda danışmamışıq. Belə bir vaxtda qaçıb veriliş aparım? Dəliyəm? Kənddə böyüməmişəm.

"Bəli, kirayədə yaşayıram"

- Bəs Adriana Limanın sevgilisi Hacı Sabancı olsaydı...

- (Gülür) O zaman "Halal olsun!” deyəcəkdilər! Amma sözügedən şəxs mən olduğum üçün inana bilmirlər. Qazlı su içib "Bu, reklamdır!" deyirlər.

Tövsiyə edirəm ki, ruhlarını satmadan düçüncə tərzlərini dəyişsinlər. Mən heç kimə borcu olmayan, öz miqyasında 5 şirkət və 4 peşə sahibi olan və öz hesabına xəstəxana inşa edən adamam. Bəli, kirayədə yaşayıram. Adriananı da o evimə apardım, lakin evin dizaynı, ya da harada olduğu onun vecinə deyil ki.

"Sən heç mənim keçmiş sevgililərimi görmüsən?"

- Yaxşı da, sən də Marlon Brandonun gəncliyi deyilsən ki. Bu qadın səndə nə tapıb?

- İnsanlar məni çox tənqid edir. Zahirən yaraşıqlı deyiləm. Sən heç mənim keçmiş sevgililərimi görmüsən? Aslı Tandoğan, Ekin Türkmən, Müge Boz, Bəstə Kökdemir sevgililərim olub. Hər biri uğurlu karyera sahibi, cazibədar, yaradıcı, məhsuldar və çox gözəl qadınlardır. Hamısı da məşhurdur. Və mən heç kimə bir şey sübut etmək məcburiyyətində deyiləm.

15 manatla dünyanın ən gözəl qadınını yoldan çıxaran TÜRK SİRLƏRİNİ AÇDI: "Onunla öpüşdük..."

 

 

Xəbər lenti