Aygün Kazımova sahil kənarında bikinili görüntüsünü paylaşıb.
Publika.az xəbər verir ki, Xalq artisti Aygün Kazımova səhər saat 6-da sahil boyu gəzintiyə çıxıb.
Səhnə fəaliyyətinin 30 illik yubileyi ilə əlaqədar sentyabr ayının 22-si möhtəşəm konsertə hazırlaşan müğənni çimərlikdə çəkdiyi videonu instaqramda paylaşıb. 46 yaşlı ifaçının bikinidə olması diqqət çəkib. O, videoya "Səhər tezdən, saat 06:00-da sahil boyu yürüşə çıxmışam. Bu, tam başqa hisslərdir... Sağlamlıq gözəllikdir" qeydini yazıb.
Məlumat üçün bildirək ki, xalq artisti sentyabr ayının 22-si "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək. Konsertin dünya standartlarına uyğun baş tutması üçün İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək. Diva yerli şou biznesin ilk müğənnisi olacaq ki, "Crystal Hall"da solo konsert verəcək.
Aygün Kazımovanın "Crysal Hall" konsertinin biletləri artıq satışdadır. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 10 - 100 manat arası dəyişir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub