Vəziyyətinin ağır olduğu deyilən İlqarın xanımını BİABIR ETDİLƏR sən demə...

1199
Vəziyyətinin ağır olduğu deyilən İlqarın xanımını BİABIR ETDİLƏR sən demə...

İlqar Mikayıloğlunu ilan sancması xəbərlərinin həyat yoldaşı tərəfindən qəsdən yayıldığı iddia edilib. Deyilənə görə, o, bu xəbəri şişirdərək aparıcının yeni verilişinin reytinq gətirməsi üçün yayıb.

"ATV" telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov xəbərin bu qədər şişirdilməsini aparıcının həyat yoldaşının həssaslığı ilə izah edib. T.İbrahimov İlqar Mikayıloğlunu ilan sacdığı xəbərini mətbuatdan oxuduğunu və dərhal onunla əlaqə saxladığını deyib: "Xəbəri öyrənən kimi dərhal məsələni araşdırdıq, İlqarın özü ilə də danışdım. "İlqarla bir gün" adlı verilişin kollektivi pilot çəkilişi üçün Füzuli rayonunun Haramı düzü adlanan yerdə olub. Məhz İlqarı da çəkiliş zamanı su ilanı burada sancıb. Məlum oldu ki, səhhətində ciddi problem yoxdur. Sözügedən veriliş yeni mövsümdən etibarən yayımlanacaq".

T.İbrahimovun sözlərinə görə, İlqar Mikayıloğlunun xanımı Zülfiyyə Bayramova təşvişə düşdüyü üçün jurnalistlərə aparıcının səhhətinin ağır olduğunu deyib: "Hər qadın üçün onun həyat yoldaşı çox önəmlidir. Xanımlar həyat yoldaşının ayağına tikan batanda da bunu gözündə çox böyük problemə çevirir. Zülfiyyə xanım da istər-istəməz narahat olub".

Qeyd edək ki, bir neçə saat əvvəl İ.Mikayıloğlunu Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı ilan sancması və dərhal hospitala aparılması ilə bağlı xəbərlər yayılıb. Aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova jurnalistlərə verdiyi açıqlamada İ.Mikayıloğlunun səhhətinin ağır olduğunu bildirmişdi.

Publika.az
Vəziyyətinin ağır olduğu deyilən İlqarın xanımını BİABIR ETDİLƏR: sən demə...

 

Xəbər lenti