Müğənni Natavan Həbibi reklam xatirinə reper Dado Əliyevə (Səid) ərə getməsi xəbərlərinə münasibət bildirib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Lider maqazin"ə açıqlamasında bu söz-söhbətin onu çox əsəbiləşdirdiyini deyib:
"Natavanın həyatına, seçiminə heç kim müdaxilə edə bilməz. Ağlıma da şübhə ilə yanaşmasınlar. Mənim addımıma reklam kimi baxanlar özünü tanımayan insanlardır. Reklam olunası adam çox olub, lazım olsa onlarla edərdim. Gülməli söhbətlərdir. Özümü aldadan insanlardan deyiləm. Bu cür həyatda özümü görmürəm.
Sənət uğrunda hansısa reklam fikirləşmərəm, həyatımda dəyişikliklər etmərəm. Bu sənət mənim üçün heç nədir. Musiqi mənim dünyamdır. Amma şou-biznes mənim üçün sıfırdır, onun naminə heç bir addım atmaram. Reklam üçün ailə qurmaram.
Səidəmi qaldı reklam? Səid qonşum deyil. Bir insanın həyatında dəyişikliklər edirəmsə, nə xoş mənə. Mən də xoşbəxtəm. Səid məni artıq xoşbəxt edib".
Qeyd edək ki, cütlüyün toyu sabahdır.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub