"Bu qızın 24 yaşı var, artıq boşanıb. Utanmır, çıxıb orada millətini, xalqını təhqir edir. Belə adamlar bir günlük kef üçün hər şey edən adamlardır. Bu tip insanlar xalqımızın adını batırır. Onu Azərbaycan vətəndaşlığından çıxartmaq lazımdır, sonra gedib nə istəyir etsin. Bizə belə adamlar lazım deyil".
Mynews.az xəbər verir ki, bunu mətbuat.az-a açıqlamasında Əli Mirəliyev bildirib.
Səslənən fikirlərlə əlaqədar GoldNews.Az-a açıqlama verən Naz azərbaycanlı müğənnini kəskin tənqid edib:
"O kişi həmişə baxır ki, unudulur, kimsə üzünə baxmır, gündəmdə olanlara sataşır ki, gündəmə gəlsin. O ki qaldı baş ucaltmağa, özü guya başımızı ucaltmaq üçün nə edib? Mənim dərdimi çəkəcəyinə gedib xeyirli bir iş görsün. Yazıqlar yəqin çabalayırlar ki, Türkiyə gündəminə düşsünlər. Mənim adımdan istifadə etmək istəyirlər. Vətəndaşlıqdan çıxmağa qalsa, ətrafına baxsa, o ada layiq bir çox insan görəcək. Bir də qeyd edim ki, adımla özünü vacib adam kimi göstərməsin. Ona gündəmdə qalmaq üçün ikinci cavab gəlməyəcək. 24 yaşda boşanan bir tək mən deyiləm. Yenə deyirəm, şəxsi həyatımı necə yaşayacağıma kimsə qarışa bilməz".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub