Əməkdar artist Murad Dadaşovun “Maşın” realiti-şousu yenidən başlayır.
Mynews.az-ın Axşam.az-a istinadla məlumatına görə, şoumen bu haqda özü xəbər verib.
“Davam, ya tamam” layihəsi ilə “Maşın”ı müqayisə edən M.Dadaşov bunları bildirib: “Davam, ya tamam” çox doğma və əzizdir. Dünya standartlarına uyğundur. Sabah deyə biləcəyik ki, biz lisenziyalı layihə etdik. Mən istədiyim layihədir.
“Maşın” isə tamaşaçının şousudur. O birindən çox baxılır. Amma “Davam, ya tamam”da hamı pul qazanır. Bu birində yox. Özüm də inanmırdım ki, bu dəfəki oyun daha maraqlı olacaq. Mənə elə gəlir ki, bu şou bizim haqqımızdadır. Həyatda bu cür hadisələrlə nə qədər üzləşirik. Nə qədər dostumuz bizi satır. Televiziya yayım platformasını itirib. Sonuncu tamaşaçıları yığırıq. İnsanlar 2 il fasilədən sonra darıxmışdı şou üçün. Bu dəfə maliyyə problemlərimiz yarandı, “Maşın”a gec başladıq. Amma maraqlı insanlar ortaya çıxdı. “Maşın”ın 15-ci sürəti ilə tezliklə gələcəyik”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub