Bu il "Eurovision"da Azərbaycanı təmsil edən Diana Hacıyeva "Eurovision" 2011-in qalibi Nigar Camalın cavabını verib.
Mynews.az-ın məlumatına görə, Diana Hacıyeva N.Camalının tənqidinə kobud cavab verərək bildirib ki, klublarda oxumaq "zapodlo" deyil.
"Belə deyim də, bir az kobud çıxacaq. Klublarda oxumaq o qədər də ayıb deyil. Əsas odur səs yaxşı olsun. Əgər səs yaxşıdırsa deməli hər şey yaxşıdır. Düzünü desəm, klublara gələn tamaşaçılar daha yaxşı olur. Çünki onlar məhz səni dinləməyə gəlirlər. Sən artist, müğənni, resjissor, kiniooperator, rəssam olursansa, sən hər şeyə hazır olmalısan. Çünki sənin haqqında danışacaqlar. Mən öz işimlə məşğulam və xoşbəxtəm".
Diana hacıyeva hətta Nigar Camala təşəkkür də edib:
"Çox sağolsun ki, o mənim haqqımda danışır. Əla. Görürsünüz, onun beyni belə mənim haqqımda düşünür. Bu gözəldir. Niyə də ki, yox? Mənim səhnədə çıxış edən insanın haqqında fikrim necə ola bilər ki? Əlbəttə ki, yaxşı. Hər kəsin şəxsi fikri var".
Qeyd edək ki, bir müddət əvvəl Nigar Camal Diananın stilini Azərbaycanda qəbul etməyəcəklərini deyib. İfaçı həmkarını n səhnədə hərəktlərini başa düşmədiyini və jurnalistlərə qarşı soyuq davrandığını deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub