Xəbər verdiyimiz kimi, ötən gün müğənni Natavan Həbibinin toyu baş tutub.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi repçi Səid Əliyevlə (Dado) münasibətlərini rəsmiləşdirib.
Bakının ən bahalı restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri də axın edib.
17.07.17 tarixində baş tutan toyda aparıcılar Nəsib Nur, Samir Bayramlı və Murad Arif olub. Dəbdəbəli məclis üç hissədən- nikahın bağlanması, xına mərasimi, tamamilə əyləncədən ibarət idi.

Xınayaxdını sənətçinin həmkarı Xuraman Şuşalı edib, ona rəqqasə Fatimə Fətəliyeva və Xatirə İslam köməklik göstərib. Elə toy kimi, Natavanın geyimləri də müzakirələrə səbəb olub. Belə ki, özəl günündə üç geyimdən istifadə edib.
Məclis mediaya qapalı olsa da, toydan çəkilən fotolar ifaçının həmkarları tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Natavan və Səid cütlüyünün ikinci toyu (oğlan toyu) iyulun 19-dadır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub