Xəbər verdiyimiz kimi, dünən müğənni Natavan Həbibi və reper Dado Əliyevin toyu baş tutub. Toyda şou-biznes nümayəndələrin yarıdan çoxu iştirak edib. İllərdi Natavanla yaxın rəfiqə olan Xuraman Şuşalı açıqlamasında Natavanın toyunda içki olduğu üçün iştirak etməyəcəyini demişdi. Amma toyda ən fəal iştirak edən elə Xuraman olub.
Mynews.az bildirir ki, məsələ ilə bağlı azxeber.com-a açıqlama verən müğənni Xuraman Şuşalı Natavanın ona görə məclisə içki vermədiyini bildirib: "Düzdür onlar içkili menyu seçmişdilər. Ödənişi də olunmuşdur. Toyun əvvəlində heç kəsə içki verilmədi. Hətta bəziləri buna etiraz da etdi. Natavan süfrəyə içki qoymadı. Sonradan kim istəyibsə, onlara içki verilib. Onlar da gizli içib. Natavan sırf mənə görə məclisə içki vermədi. Natavanın bu hərəkəti mən özümə qarşı böyük jest kimi qəbul edirəm. Bir daha qeyd edirəm ki, mən içki olan məclislərdə iştirak etmirəm”
Qeyd edək ki, Natavanın xınası elə toyda olub. Xına mərasiminin və sarayın bəzədilməsi Xuraman Şuşalıya həvalə olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub