Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özü instaqramda məlumat verib. Ayan qızı Selananın onu çox qorxutduğunu, hazırda isə səhhətinin yaxşı olduğunu qeyd edib:
“Dünən gecə Selena bizi o qədər qorxutdu ki, hələ də şokdayıq. Bəziləri dəyir ki, göz-nəfis yoxdur. Vallah var. Bir şəkil paylaşan kimi kirli qəlbli insanlar o dəqiqə içlərinin pisliklərini şərhlərə tökürlər. Dünən anladım ki, övlad sahibi olmaq, ana olmaq heç asan iş deyil. Allah bütün balaları qorusun. Tanrı heç kəsi əzizləri və sevdikləri ilə sınağa çəkməsin. Amin!”
Daha sonra isə indi bizneslə məşğul olan ifaçı həyatındakı çətinliklərdən danışıb:
“Çoxları “Hardandı sizdə bu qədər imkan?” sualını verir. Ay kinli insanlar, mənim İstanbula köçməkdə təbii ki, bir məqsədim vardı. Öz şəxsi biznesim və işim olsun. Bura müğənniliyin heç bir dəxli yoxdur. Qardaşımla şirkətimizi qurub-yaradana qədər nə əziyyət çəkmişik, bunu heç kəs nə bildi, nə də ki gördü. Hər işin cəfası varsa, Allah da bir gün səfasını nəsib edər. İndi öz həyatı puç olanlar olanlar mənə “Səndə hardandı bu qədər imkan?” yazmasın”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub