“Elə bilirsiniz, doğulandan yağ-bal içində yaşamışam? Yox. Bəzən yazırlar ki, dünya sənə və sizə gözəldi. Bircə onu bilirəm ki, küçələrdə dönər yeyə-yeyə böyüdüm”.
Mynews.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Zamiq Hüseynov yazıb.
O, həyatda yaşadığı çətinliklərdən bəhs edərək, ona bəxtəvərlik verənlərə ismarış göndərib: “Pul verməmək üçün bir avtobusdan düş qaç, o birinə min, arxada ayaqüstə gəl... Bütün sürücülər artıq məni tanıyırdı və avtobusa minməyə qoymurdular. Bunlar düz deyildi, amma nə edim, yox idi... Amma bircə onu bilirdim ki, sənət öyrənməyə gedirdim, sənəti sevirdim, hər gün “nə vaxtsa yaxşı olacaq” deyirdim. Bu günümüzə min şükür.
Allah hamının ürəyincə versin - Mən həmişə deyirəm, bu, həm alqış, həm də qarğışdır. Çalışaq, alqışı qazanaq, çünki bütün uğurlar oradadır!”, - deyə müğənni qeyd edib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub