ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlovanın 90-AA-518 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobili müzakirələrə səbəb olub.
“AA” seriyaları dövlət qulluqçularının xidməti maşınlarına, bəzi hallarda isə hüquqi şəxslərə verildiyindən aparıcının idarə etdiyi avtomobilinin bu nömrə ilə olması maraqla qarşılanıb.
Bəziləri isə Bədəlovanın avtomobilin onun sevgilisinə məxsus olduğunu iddia edir.
Yenicag.az saytına açıqlama verən cazibədar aparıcı, məsələyə münasibəti bir qədər sərt olub.
“Bəli, maşın özümündür. Kiminsə maşınına minməliyəm ki? Camaatı avtomobilimdə mən gəzdirirəm e. Bu nömrə illərdir məndədir. Burada aydınlıq gətiriləsi nə var ki? Cinayət törətmişəm, yoxsa maşın oğurlanıb və ya oğru mənəm? Qoy elə maraq içində də qalsınlar”.
Aparıcı maşının sevgilisinə məxsus olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
“Məni sevgilisi olanlara bənzətməyin. Mən xanımam. Nə vaxt məndən müsahibə alıb, nəsə soruşsalar, o zaman doğru məlumatı da çatdıraram. Daha dovşan kimi kol dibindən boylanıb, şəklimi niyə çəkirlər?”
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub