Baş rollarda Xalq artisti Fuad Poladov, rəqqasə-aktrisa Oksana Rəsulova və reper Elşad Xosenin çəkildiyi “Mələyin öpüşü” filminin yeni görüntüləri üzə çıxıb.
Oksana Rəsulova ilə Elşad Xosenin səmimi fotosu xüsusilə diqqət çəkib.
Filmin rejissoru Əli Hacızadə Əsgər, operatoru Elman Əliyev, ideya müəllifi - Nərgiz Qasımova, ssenaristlər Süleyman Süleymanzadə, Əlibəy Məmmədli, Əsgər Əli Hacızadə, rəssamı Xatirə Hüseynəliyev, icraçı prodüseri İsmayıl Bağırov, qrim ustası isə Nura Babayevadır.
Rollarda Şamil Süleymanov, əməkdar artist Münəvvər Əliyeva, həmçinin Təranə Əliyeva, İlham Qasımov, Şəhriyar Əbilov, Nizar Məmmədov, Babək Dünizadə və Mikayıl Bəylər kimi aktyorlar çəkilib.
Film təqdimatı sentyabrda keçirilərcək. Ekran işi Azərbaycanın bütün kinoteatrlarda nümayiş olunacaq.
Xatırladaq ki, Oksana və Elşad 2012-ci ilin martında ailə qurub. Lakin cütlük bir neçə ay sonra, elə həmin ilin dekabrında boşanmağa qərar verib.
Oksana Rəsulova müsahibələrində dəfələrlə keçmiş həyat yoldaşı ilə heç vaxt barışmayacağını bildirib.




1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub