"Recep İvedik" filmləri ilə məşhurlaşan aktyor Şahan Gökbakar yeni filmindən danışıb.
Aktyor bu barədə müsahibə verib:
- "Recep İvedik 5" istədiyiniz reytinqi verdi?
- İlk dəfədir ki, bir filmin treyleri bu qədər izlənilir. Axşam yüklədik, səhər baxdığımızda 3 milyondan çox izlənilmişdi. Bu da bəyənildiyinin göstəricisidir. "Youtube"dakı səhifəmin abunə sayı 100 mindən 250 minə qədər yüksəlib. 1 milyonu keçəndə heykəlimi qoymalarını gözləyirəm.
- Treylerdən gələn gəlir nə qədərdir?
- Təxminən 4 min dollardır. Getdikcə daha da artır.
- Bundan sonra hansı filmi çəkəcəksiniz? Yeni fikirlər var?
- "Celal ile Ceren"in ikinci hissəsini çəkmək istəyirik. "Recep İvedik"in növbəti seriyası üçün də hekayəmiz var. Afrikaya yollanan "Recep"in bir qəbilə ilə macərasından bəhs edəcək və ya Uzaq Şərqdə yakudzalarla mübarizə aparacaq.
- Azərbaycanlı boksçu ilə bağlı səhnəni filmdən niyə çıxartdınız?
- O səhnə tamamilə azərbaycanlı qardaşlarımıza salam göndərmək məqsədilə çəkilmişdi. Treylerdən sonra həmin səhnə ilə filmi qaralamaq istəyən qüvvələr meydana çıxdı. Bizə qarşı qaralama kampaniyası aparmaq istədilər, amma mən onların oyununu pozdum. Pisniyyətli insanlara o həzzi yaşatmaq istəmədim. Həmin səhnənin filmdən çıxarılması ümumi mövzuya təsir etmədi. Azərbaycanlı biznesmenlər zəng vurub dedilər ki, "O səhnəni filmdən çıxartma, azərbaycanlıların belə bir tələbi yoxdur". Amma pisniyyətlilərin oyununu pozmalı idim.
Qeyd edək ki, aktyorun bir müddət öncə yeni filmi təqdim olunmuş və oradakı azərbaycanlı boksçu ilə bağlı səhnələrə sərt reaksiya verilmişdi.(axsam.az)
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub