"Mən Həcərəm, Nigaram! Torpağım, millətim üçün canımı verməyə hazıram. Buna gücüm, özgüvənim, qeyrətim çatır. Qeyrətsiz sizsiz ki, gücünüz müğənnilərə çatır, ağzınıza gələni yazırsız".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan bildirib.
İfaçı sosial şəbəkədə onu tənqid edənlərin cavabını verib:
"Biz bu qədər aqressiya ilə hara gedirik? Feysbuk, instaqramda nə qədər şərh yazan dil-barmaq dırnaqarası insanalarımız var? Müğənnilərə tökdüyünüz aqressiyaları yığışdırın, bir ordu edin. gedin deyin ki, biz düşmənimizi parçalamağa hazırıq. gedək torpaqlarımızı alaq! Yoxsa ağzınıza gələni bilib-bilmədən yazırsız, şəxsiyyəti təhqir edirsiz. Utanmırsız? Ayıbdır, böyük insanlarsız.
Bəli, mən Həcərəm, Nigaram! Torpağım, millətim üçün canımı verməyə hazıram. Buna gücüm, özgüvənim, qeyrətim çatır. Qeyrətsiz sizsiz ki, gücünüz müğənnilərə çatır, ağzınıza gələni yazırsız. İnanıram ki, bu sözlərdən sonra bir qrup şəxsiyyətsizlər yenə şərh bildirəcək. Gəlin, indi bu paylaşımın altında yazılan şərhlərə fikir verək. Öz ailəsinə hörmət edən yaxşı yazacaq, etməyənlər isə öz rəyləri ilə bilinəcək".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub