Müğənni Cəmalə yeni fotosessiya etdirib.
Mynews.az-ın məlumatına görə, sənətçi fotoqraf Rahib Hacıyevin obyektivi qarşısına keçib.
Şəkillərdə iki dəfə libas dəyişən Cəmalə həmkarlarımı süni olmaqda ittiham edib:
“Səhnədə olan bir çox həmkarlarım komplekslidir. Kamera önündə cəsarətli pozlar verməkdə belə çətinlik çəkirlər, çünki özləri deyillər, düşünülmüş bir obrazdılar. Məşhur ola bilərsiniz, amma sevilmək üçün gərək özünüz olasınız.
Maskalanmaqla sevgi qazanılmır. Onun-bunun geyim tərzini oğurlamaqla zövqlü olmayacaqsınız. Geyindiyin geyimin içində özünü balıq sudaki kimi hiss etməlisən.
Səhnə geyiminin də öz əndazəsi var. Lazım olsa elə geyimlər geyinərəm ki, çoxunun ağzı açıq qalar. Sadəcə istəmirəm desinlər, gələn kimi buda soyundu, oldu o birilərin tayı. Öncə iş, sonra cəsarətli geyimlər".
Axşam.az
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub