"Əgər Allah bir işin olmasına izn verirsə, heç bir bəndə ona mane ola bilməz. "Gecə qonağı 2" filmini çəkənə qədər nələr yaşadım, bir mən, bir yanımda olanlar, bir də Allahım bilir. Amma bu işi sizlər, Azərbaycan üçün çəkdim".
Mynews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor Kənan M.M. deyib.
Rejissor "Gecə qonağı 2" filminin təqdimat tarixini açıqlayıb. O bildirib ki, ekran işi çox maraqlı alınıb:
"Bir ara məni az qala "vətən düşməni" elan etsinlər. Allahıma sığındım, təslim olmadım. Film daha keyfiyyətli olsun deyə, dəfələrlə uzaqlara, İstanbula getdim. Dostum Teoman Topçu bu işdə mənə çox kömək oldu. Sonda film hazırdır. Həyəcanım sonsuzdur.
Bu, həyatımın filmi ola bilər. Allahımın mənə verdiyi bütün istedadımdan istifadə etdim. Sizlərə təqdim etmək üçün çox həyəcanlı və rahatam. 1 oktyabrda təqdim ediləcək. Film maraqlı yox, çox maraqlı olacaq. Sağ göstərib, sol vuracam. Bu film mesajlarla doludur. Sizi sevirəm, adını bilmədiklərim, məni mən edənlər, yaxşı ki varımsınız".Kənan daha sonra yazdığı statusunu silib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub