Yazıçı-şair Aysel Əlizadənin özünü və uşağını öldürəcəyi ilə bağlı yazdığı status geniş müzakirələrə səbəb olub. Onun fikirləri insanlar tərəfindən birmənalı qarşılanmayıb:
«Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığındayam, özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə ikimizi də öldürüm? Bu qədər qəddar ruh halındayam. Bunu ona görə yazıram ki, bir vaxt sizə “intihar həddində insanlardan kömək istəyin” demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm…»
Mynews.az xəbər verir ki, Yenicag.az yazarla əlaqə saxlayıb. Bu barədə danışmaq istəmədiyini deyən Aysel statusunun xəbər saytlarında yer almasına etirazını da bildirib:
“Hər kəsin həyatında ruh düşkünlüyü yaşadığı zaman olur. Heç kim deyə bilməz ki, ömrüm boyu bir dəfə də olsun psixoloji sarsıntı keçirtməmişəm. Mən də adi insanlardan biriyəm və bu halı yaşayıram. Hazırda halım çox pisdir. Buna səbəblərim var, hələ ki açıqlamaq istəmirəm, vaxtı çatanda deyəcəm. İnsan öz zəifliyini göstərirsə, bu, həm də onun güclü olması deməkdir. Mən gizlətmirəm bunu. Sadəcə olaraq yazdım, insanların məsləhətlərini eşitmək istəyirəm. Anam da yanımdadır. Psixoloqa da müraciət edəcəm”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub