Yaxtada məşhur iş adamı ilə min oyundan çıxan Naz QİYMƏTİNİ AÇIQLADI ŞOK MƏBLƏĞ - VİDEO

10150
Yaxtada məşhur iş adamı ilə min oyundan çıxan Naz QİYMƏTİNİ AÇIQLADI ŞOK MƏBLƏĞ - VİDEO

Son dövrdə adı sosial mediada ən çox hallanan şəxslərdən biri də Türkiyənin qalmaqallı evlilik verilişlərindən birinə qatılan gəlin namizəd Nazdır. Kimiləri onu təhqir edir, kimiləri isə onun davranışlarını normal hal kimi qarşılayır.

Mynews.az xəbər verir ki, Nazın GoldNews.Az-a verdiyi maraqlı müsahibəni sizlərə təqdim edirik:

Salam, Naz xanım. Əvvəlcə bilmək istərdik ki, Bakı xoşunuza gəlir?

- Bəli, xoşuma gəlir. Bura mənim vətənimdir. Mən vətənimi çox sevirəm.

Bəs tez-tez Bakıya gəlirsizmi? Burada öz eviniz var, yoxsa kiminsə evində qalırsınız?

- Çalışıram ki, tez-tez gəlim. Bakıda qohumlarımın evi var, İstanbulda ev almışam. Amma burda hələ almamışam. İnşAllah, burda da bir ev alaram.

Bəs Bakıda nəyi sevmirsiz?

- Bakıda sevmədiyim xüsusiyyət odur ki, insanlar arxamca boş-boş danışır, atıb-tuturlar. Deyirlər ki, guya adımızı batırırsan, sən bizim başımızı aşağı edirsən. Amma mən bunların heç birinə fikir vermirəm. Çünki o insanlar mənim üçün dəyərsizdir.

Siz Əli Mirəliyevi nəzərdə tutursuz?

- Bəli, 70-80-ci illərdə əlinə bir mikrofon alıb, mahnı oxuyan mənə ağıl verə bilməz. Bir proqram aparıb deyə o, xeyirli bir iş görmüş sayılmır. Əgər nəsə bir xeyirli iş yerinə yetirən biri olsaydı, mən onun sözlərinə əhəmiyyət verərdim. Mənim fikrimcə, çox danışan boş danışır. Buna görə də qabağa gedənin quyusunu qazmaqdansa, onu dəstəkləmək lazımdır.

Onda siz elə düşünürsünüz ki, insanlarımız paxıldır?

- 100% elə düşünürəm.

Bakıda küçədə sizə qarşı münasibət necədir?

- Sosial şəbəkələrdə mənə mənfi münasibət bəsləyirlər, lakin qarşılaşanda mənimlə şəkil çəkdirmək istəyirlər, mənə xoş sözlər deyirlər. Özü də hər dəfə Bakıya gələndə xüsusi qeyd edirəm ki, Bakıdayam, yəni məni görənlər, mənə pis-pis sözlər yazanlar burda da məni tapıb sözlərini desinlər. Amma ortalıqda heç kim olmur. Məni görəndə deyirlər ki, səni çox istəyirik, sənə baxırıq. Sadəcə mən başa düşmürəm ki, insanlar məni tanımadan niyə mənə qarşı mənfi münasibət bəsləyirlər?. Bəlkə də məni tanısalar, hamıdan çox istəyəcəklər. Buna görə də mən artıq sosial şəbəkələrdə yazılanlara fikir vermirəm.

Bakıda əylənməyinə nə mane olur?

- Bakıda bir az insanların əyləncə anlayışı məni narahat edir. Lakin mən İstanbulda da, burda da heç nəyə və heç kimə fikir vermirəm. Bu günə qədər etdiklərimə görə də peşman deyiləm. Bunlar hələ mənim elədiklərimin bir parçasıdır, reallaşdırmaq istədiyim xəyallarım hələ qabaqdadır. Ona görə də mən insanların mənim haqqımda nə düşündüklərinə fikir vermirəm. Bu, mənim həyatımdır və mənə belə yaşamaq xoşdur.

Vətəndaşlıqdan çıxmaq istədiyiniz doğrudurmu?

- Vətəndaşlıqdan çıxması vacib olan o qədər insanlar var ki. Dönüb baxsalar, görərlər ki, mən o adamların yanında görünmürəm belə. Çimərlik geyimində şəkil çəkdirmək, rəqs etmək, sosial şəbəkələrdə şəkil paylaşmaq əgər ad batırmaqdırsa, onda bütün dövlətlərin adı batıb. Çünki hal-hazırda bütün bunların hamısı adi bir haldır. Əvvəlcə elə öz həmyerlisi haqqında bu cür danışan insanları vətəndaşlıqdan çıxarmaq lazımdır. Bu, mənim həyatımdır və heç kimin mənim həyatıma qarışmağa haqqı yoxdur.

Naz xanım, bildiyimizə görə naxçıvanlısınız. Ora da gedib-gəlirsiniz? Valideynləriniz orda yaşayır?

- Valideynlərim Naxçıvandadır. Sadəcə işim olanda ora gedirəm. Valideynlərimi görməyə də gedirəm. Kiçik şəhər olduğuna görə, orda çox qala bilmirəm. Çünki mən böyük şəhərlərdə qalmağa öyrəşmişəm.

Əsl adınız Müşkinazdır, bəs niyə adınızı dəyişdirmisiniz?

- Hər kəs indi ad qısaltmalarından istifadə edir. Burda anormal bir hadisə yoxdur. Bir də türklər mənim adımı tələffüz edə bilmirlər. Buna görə də, hətta mən dövlət idarələrinə gedəndə adımla bağlı bəzi problemlər yaşayıram. Bir də ki, mənə sual verirlər ki, niyə türk dilində danışırsan? Çünki onlar bizi başa düşmürlər. Biz azərbaycanlıyıq, onlar isə türk. Buna görə də məni Naz deyə çağırırlar və mən də onlara daha rahat olsun deyə özümü belə təqdim edirəm.

Ailəniz sizin haqqınızda sosil mediada çıxan xəbərləri neçə qarşılayır?

- Onlar məni tanıdıqlarına görə, deyilənlərin heç birinə fikir vermirlər, yəni ailəmlə aramda heç bir problemim yoxdur.

Qatıldığınız evlilik proqramına davam etmək istəyirsiniz?

- Bəli, davam edəcəm. O proqram olmasa belə başqa proqramda çıxış edəcəm. Bir də evlilik proqramından məni qovmayıblar. Əgər elə bir şey olsa, onsuzda mən heç kimə möhtac deyiləm. Bir də, mən bu dəqiqə evlənmək üçün can atmıram.

Evlilik proqramlarına daxil olan gəlin və yaxud bəy namizədləri qonorar alırmı?

- Sizcə, mənim buna ehtiyacım varmı?

Bəs, Nazın gəlirin hardandır?

- Mən "İnstagram" üzərindən online satış həyata keçirirəm, bir də, modellik edirəm. Firmaların reklam siması oluram və pulu burdan qazanıram. Ailəm də mənə maddi dəstək verir. Mən Bakıda yaşadığım dövrdə də şəxsi maşınım olub. Mən heç vaxt pis həyat yaşamamışam. Sadəcə burda yaşadığım həyatı indi də orda yaşayıram.

Azərbaycanda yaşadığınız dövrdə hansı işlərlə məşğul olmusunuz?

- Burada da model kimi fəaliyyət göstərmişəm. Sadəcə burda təkliflər o qədər də gəlmirdi. Hal-hazırda İstanbulda mənə çimərlik, alt paltarı reklamlarında çəkilmək üçün təkliflər gəlir. Ancaq mən hələ onları qəbul etməmiş onlar mənə bu cür davranırlar, gör etsəm, nə olar.

Bəs, yüksək qonorar təklif etsələr, qəbul edərsiniz?

- Onda fikirləşərəm.

Təxminən nə qədər qonorara Naz yataq səhnəsinə çəkilər?

- Xeyr, heç vaxt yataq səhnəsinə çəkilmərəm. Sadəcə alt paltarlarını nümayiş etdirə bilərəm.

Soyunarsınız?

- 50 minin üstündə qonorar versələr, soyunaram.

Naz xanım, çox yüksək kirayə haqqına malik bir ev tutmusunuz. Hamının maraqlandığı bir fakt var ki, Naz ayda nə qədər gəlir əldə edir?

- Bunu deyə bilməyəcəm. Lakin indi qaldığım evi 1-2 aylıq tutmuşam. Mənim İstanbulda öz şəxsi evim var. Hələ təmiri davam edir. Buna görə də İstanbulda kirayə qalıram. Bu evi sadəcə iki ay dincəlmək üçün utmuşam. Təxmini aylıq gəlirim 10-12 min dollara yaxındır.

Hər dəfə şəkillərdə sizi cürbəcür avtomobillərdə görürük. Bunları kirayə götürüsünüz, yoxsa necə?

- Biri mənim "Porshe" markalı şəxsi maşınımdır. "Bentley"ni hədiyyə veriblər. Digər maşınları isə kirayə götürürəm. Çünki hamı bilir ki, maşın sürməyi çox sevirəm. Lüks və göstərişli maşınları sevirəm. Bu yolla bir növ gözümün qurdunu öldürürəm.

"Bentley" markalı maşını sizə kim hədiyyə edib?

- Bu avtomobili mənim yaxın dostum hədiyyə edib.

Nazın həyatında sevgi var, yoxsa Əli Əkbəri hələ də unuda bilməyib?

- Mən həyat standartlarımdan aşağı səviyyəli biri ilə bərabər olmaram. Həyatımda hələlik kimsə yoxdur. Bəlkə də heç olmaz.

Niyə, Naz sevgiyə inanmır? Naz sevgi qadınıdır, tez eşq elan edir?

- Xeyr eşq qadını deyiləm. Həmişə ağlımla hərəkət etməyə üstünlük verirəm.

Bəs evliliyin sevgi evliliyi idi, yoxsa planlı?

- Xeyr, evliliyim sevgi evliliyi idi. Sadəcə ondan sonra həyatımı bu cür yaşamağa qərar vermişəm.

Bəs sevərək qurduğun ailə həyatın niyə qısa müddət davam etdi? Ailə həyatın sonlandırdıqdan sonra psixoloji sarsıntı yaşadınmı?

- Sadəcə, bir-birimizi başa düşmədik və boşanmağa qərar verdik. Xeyr, mən heç vaxt, heç nəyi və heç kimi özümə dərd etmirəm.

Azərbaycanda yaşayan məmurlardan, iş admlarından sənə sevgi təklifləri, yaxud hədiyyə vermək istəyənlər olubmu?

- Əlbəttə ki, olub. Azərbaycanlı iş adamlarından çox elə təkliflər və hədiyyələr gəlib. Azərbaycanlılardan maşın qədər olmasa da, bahalı hədiyyələr verənlər olub. Sevgi təkliflərinə isə heç fikir vermirəm.

Nazın diqqətini çəkmək üçün ona necə bir evlilik və yaxud sevgi təklifi etmək lazımdır?

- Kasıb olan biri ilə ailə həyatı qurmaram. Gərək maddi səviyyəsi məndən yüksək olsun.

Filmlərə təkliflər alırsınız?

- Film təklifləri Azərbaycandan yox, amma Türkiyədən gəlib. Sadəcə baş rol gözləyirəm.

Son dövrlərdə adınız türkiyəli iş adamı Əli Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə hallanır. Bu barədə nə deyə bilərsiniz?

- O, mənim yaxın dostlarımdan biridir. Sadəcə, o gün gəmi ilə bir restorana yaxınlaşdıq və kameralar orda məni görüb. Onunla sevgili deyiləm. Çünki o şəxs mənə icazə verməz ki, mən evlilik proqramına çıxım. Bundan əlavə, ikimiz də istəsək, sevgili olarıq. Niyə də yox?.

Xoşagəlməz olsa da, bizim azərbaycanlı qızlar haqqında bəzən Türkiyədə mənfi düşünürlər. Evlilik proqramında iştirak edən qızlarımızın eskort olduğunu düşünürlər. Xüsusilə, sizin və Esmiranın adı hallanıb.

- Mən eskort deyiləm. Deyəsən, elə insanların bunlardan yaxşı başı çıxır. Ona görə də belə düşünürlər. Əgər hünərləri varsa, qarşıma çıxıb desinlər.

Hal-hazırda da Hüseyn Ağaoğlu ilə münasibətləriniz davam edir?

- Bəli, evinə də getmişəm. Hələ bu yaxınlarda vertolyotla da gəzintiyə çıxacağıq.

Bəs necə tanış olmusuz?

Onun azərbaycanlılara hörməti var və mən də azərbaycanlı olduğuma görə onunla bir restoranda tanışmışam.

Hüseyn Ağaoğlu o evi sizə tutub?

- Xeyr, evi mən özüm tutmuşam.

Bəs sizə nə hədiyyə edib?

- Onu deyə bilmərəm, həm mənəvi, həm də maddi dəyəri yüksək olan bir hədiyyə verib.

Əziyyət çəkib gəldiyiniz üçün təşəkkürlər.

- Dəvət etdiyiniz üçün mən təşəkkür edirəm.

Xəbər lenti