Mynews.z PrimeTime.az-a istinadən verdiyi məlumatına görə, F. Kərimova onun üçün ayrılmış masada xalq artisti Amaliya Pənahova ilə birgə əyləşib. Bir az keçəndən sonra masaya F. Xələfovanın köməkçisi yaxınlaşıb. Müğənninin modelyerlə eyni masada oturacağını görən köməkçi təşkilatçılarla danışaraq, F. Kərimovanın başqa yerə keçirilməsini tələb edib.
Təşkilatçılar isə bundan boyun qaçırıb. Modelyerin köməkçisi bu dəfə xalq artistinə yaxınlaşıb və onunla söhbət etməyə başlayıb. Köməkçinin iradından sonra Flora Kərimova masadan qalxaraq etirazını bildirib və məcburən başqa yerdə əyləşib.
Xatırladaq ki, Flora Kərimovanın Amaliya Pənahova ilə də münasibətləri yaxşı deyil.
Xalq artisti Flora Kərimova baş verən hadisə ilə bağlı Yenicag.az-a açıqlama verib:
"Xasiyyətimdən xəbərsizlər xam xəyala uyub, mənim timsalımda toxunulmazlıq zümrəsi yaratmaq xülyasına düşüblər. Fəxriyyə Xələfovanın işçiləri nə qədər etika çərçivəsində davransalar, öz sahibinə bir o qədər hörmət qazandırmış olarlar".
Sənətkar xalq artisti Amaliya Pənahova ilə münasibətinə də aydınlıq gətirib:
"O ki qaldı kimlərəsə münasibətimə... Mənim təkəbbürlü, özünü millətindən, xalqından üstün tutan minüzlü yaltaqlardan zəndeyi-zəhləm gedir!!! Dostlarım bilir, düşmənlərimə isə dönə-dönə xatırladıram: mənə qarşı zərrə qədər bir kobud cəhd cavabsız qalmayacaq! Bu yaşımda özümü dəyişən deyiləm!!!".
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub