“Rahibələrlə çox əyləndik və bütün tanıdıqlarımıza bu yeri tövsiyə edəcəyik”.
Ötən il 5 Şimali afrikalı qaçqına qapılarını açan Milandakı qadın monastrının 9 rahibəsi hamilə qalınca qalmaqal ortaya çıxıb. Afrikalılarla cinsi əlaqəyə girmədiklərini deyən rahibələr bunun bir möcüzə olduğunu bildiriblər.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, rahibələr zülmdən qaçan qaçqınlara kömək edərək tanrını məmnun edəcəklərini düşünüblər.
Monastırdakı nizamdan cavabdeh olan baş rahibə anası xəstə olduğu üçün gecələri monastırdan ayrılmaq məcburiyyətində qalır. Bu vəziyyətdən istifadə edən gənc rahibələr gecələri immiqrantlarla keçiriblər.
Aradan 6 ay keçdikdən sonra 9 rahibənin hamilə olduğu ortaya çıxıb.
Qəzetə danışan rahibələr, immiqrantlarla əlaqəyə girmədiklərini deyiblər: “Səhv bir şey etmədik. Onların sevgi və təsəlliyə ehtiyacı vardı. Məryəm də bakirəykən hamilə qaldı və baş rahibə də bizim kimi onun günahsız olduğuna inanır. Bizə belə bir möcüzə bəxş edildi, bunun başqa şərhi yoxdur. Bunun üçün tanrıya şükür edirik”.
Ancaq immiqrantlardan birinin qəzetə verdiyi açıqlamada hadisənin rahibələrin danışdığından fərqli olduğu ortaya çıxıb: “Rahibələrlə çox əyləndik və bütün tanıdıqlarımıza bu yeri tövsiyə edəcəyik. Rahibələrə təşəkkürlər, İtaliyaya təşəkkürlər”.
Baş rahibə immiqrantlarla əlaqəyə girən rahibələrin kilsədən ayrılmalarını tələb edib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub