Reper Səid (Dado) Əliyevlə yenicə ailə quran müğənni Natavan Həbibi gəlinlik libasını tənqid edənlərə cavab verib.
Mynews.az-ın məlumatına görə, sənətçi dəbdənkənar hesab olunan gəlinliyi haqda aqressiv münasibət bildirənlərə xəbərdarlıq edib:
“Mən sizə salam verəndə, cavab olaraq sadəcə salam verin. Hörmət əlaməti olaraq “şərh” bölməsini bağlamıram. Amma bu, o demək deyil ki, burda olan bəzi “dünya moda sənayesinin münsifləri” öz tənqidi fikirlərini bildirməyə başlamalıdır. Bilə-bilə ki, danışdıqları neqativ sözlər heç kimə maraqlı deyil. Sizi heç nə narahat eləməsin. Hər halda biz də az-çox bilirik, nə var, nə yox. Son zamanlar nədənsə sosial şəbəkələrdə aqressiv şərhlər yaman çoxalıb. Məncə, bu, heç kimə xeyir gətirməz. Mehriban, anlayışlı olaq, bir az dünyagörüşümüzü inkişaf etdirək. Öz həyatımızla məşğul olaq. Onda kimisə müzakirə etməyə vaxtımız qalmaz. Hamınıza gözəl həyat arzulayıram. O qədər gözəl olsun ki, başqasının həyatı yadınıza düşməsin. Sevin və sevilin...”

Axşam.az
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub