Stilist Anar Ağakişiyev 2 dəfə gözündən əməliyyat olunub.
Mynews.az-ın məlumatına görə, “ATV Maqazin 10-larla”ya danışan stilisit onu çətin günündə küsülü olduğu xalq artisti Aygün Kazımovanın tək qoymadığını deyib:
“Uzun zamandır, bunu hər kəsdən gizlədirdim. Görmə qabiliyyətimi itirirdim. Sağö olsun, yerli həkimlərimiz həyatımı xilas elədilər. Narkozdan ayıldığım günün səhəri mənə Aygün Kazımova zəng elədi. Halbuki mən dəfələrlə Aygün xanımın qəlbini sındırmışam. Uzun zamandır onunla heç bir klip çəkilişində filan çalışmıram. Amma o, səmimi dostluğun necə olduğunu göstərdi”.
Xatırladaq ki, A.Kazımova “Anar Ağakişiyev sizin haqqınızda gözəl göründüyünüzü, öz tərziniz olduğunu, amma geyimlərinizdə son vaxtlar partlayış etmədiyinizi deyib. Bu fikirlə razısınız” sualına belə cavab vermişdi:
“Anar Ağakişiyev də yaxşı stilistdir, amma çox danışır. Həmişə də dilinin üstündə böyük problemlərlə üzləşir. Anar makiyajdan çox qrim edir. Hamı başını salıb aşağı işini görür, Anar ona-buna söz atır. Min dəfə ona demişəm ki, böyük loxma ye, amma böyük söz danışma. Xeyri yoxdur”
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub