Şou-biznes nümayəndələri bu dəfə getdikləri istirahətdən və xərclədikləri pullardan danışıb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, məşhurlarımız "Lider maqazin"in "Harada istirahəti sevirsiniz? Dincəlməyə ən çox nə qədər pul xərcləmisiniz" suallarına belə cavab veriblər:
Nail Naiboğlu: "Azərbaycandan kənarda dincəlməyi sevirəm. Çinə getmək istəyərdim. Ötən qış ailəmlə istirahətə getmişdim və 10 minə qədər pul xərclədim".
Emil Bədəlov: "Türkiyədə istirahəti sevirəm. Elə olub ki, istirahətə 12 min manat xərcləmişəm. Onda subay idim. Bir yerdən gəlirim oldu, gedib dincəldim".
Nazim Məmmədov: "Türkiyədə dincəlirəm. 5 min manat civarında pul xərcləmişəm".
Niyam Salalmi: "İspaniyada olmaq istəyərdim. Bir istirahətə 5 mindən yuxarı xərcim çıxıb".
Niyaməddin Musayev: "Azərbaycanda istirahəti sevirəm. Ən çox 500 manat xərcləmişəm".
Aslan Hüseynov: "Türkiyədə istirahət xoşlayıram. 10, 20 min xərclədiyim olub".
Nailə Mirməmmədli: "Alanyada dincəlməyi xoşlayıram. 6 minə qədər xərclədiyim olub".
Ayaz Qasımov: "İstəyirəm avqustda Barselonaya gedim. 10-15 minə qədər istirahətə pul xərcləmişəm".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub