Uzun müddətdir küsülü olan keçmiş duet ortaqları xalq artisti Səməd Səmədov və əməkdar artist Rühəngiz Allahverdiyeva bir araya gəlib.
Müğənnilər "5/5" verilişinin qonağı olublar.
Aparıcı Zaur Kamalın "Elə gözəl xanımla ayrılarlar? Adam o gözəllə sona qədər oxuyarmış. Onunla duet oxumağa imkan verməyəcəm" sözlərinə S.Səmədov belə cavab verib:
"Çox bəxtəvər müğənniyəm ki, gözümü açıb Sevda Əliqızı, Bəsdi Bəkirova, Rühəngiz Allahverdiyava kimi müğənnilərlə oxumuşam. Allahın işidir, ayrıldıq. Bu yaxınlarda Rühəngiz xanımdan yenidən duet təklifi aldım".
R.Allahverdiyeva keçmiş duet ortağı ilə ayrılna səbəbini açıqlayıb:
"Kiminlə duet oxuyursan-oxu, məndən bir dənədir. O vaxtlar cüzi bir şeyin üstündə ayrıldıq. Mən hər zaman gecikirdim. Səməd isə çox dəqiq adam idi. Ona görə, mənə dedi ki, get".
Qeyd edək ki, R.Allahverdiyeva bir müddət əvvəl S.Səmədovun onun bütün arxivini yandırdığını demişdi.
(axşam.az)



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub