USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Yetim Eyvazın oğlu haqda şok ittiham Atası da məhz bu səbəbdən onu...

16:44 26.07.2017
Yetim Eyvazın oğlu haqda şok ittiham Atası da məhz bu səbəbdən onu...
16:44 26.07.2017

Xəbər verdiyimiz kimi, Yetim Eyvaz kimi tanınan 65 yaşlı şair Eyvaz Qurbanov tromboemboliya səbəbindən iyulun 23-də vəfat edib. Dünən Siyəzəndə, mərhumun yaşadığı Qalaaltı kəndində şairin 3 mərasimi təşkil olunub. Onun oğlu, müğənni Aqşin Qurbanov atasının öldüyü gündən bugünədək yas mərasimində iştirak etməyib.

Mynews.az-ın məlumatına görə, Oxu.Az-a bu barədə məlumatı 8 ildir şairin sürücüsü işləyən Anar bəy verib. "Eyvaz bəyin 3 qız, 2 oğlan övladı var. 20 ildən artıqdır həyat yoldaşından ayrılıb, uşaqlar anaları ilə birgə, şair isə tək yaşayırdı. Lakin Eyvaz bəy övladlarına maddi və mənəvi cəhətdən dəstək olurdu. Onlar da ataları ilə görüşürdü. Atasının yalnız Aqşinlə münasibətləri yox idi. Neçə ildir ki, görüşmürdülər, ancaq pula ehtiyaca olanda ona da kömək edirdi. Digər övladlar artıq ailə həyatı qurub, Aqşin anası ilə birgə yaşayır. Aqşindən başqa, digər övaldlar atalarının yas mərasimində iştirak etdilər”.

Aqşin Qurbanov haqda sosial şəbəkələrdə xoşagəlməz yazılar qeyd olunur. Hətta onda orientasiya pozğunluğu yaranması barədə də xəbərlər yayılıb və atasının bu söz-söhbətlərə görə oğlu ilə münasibətlərinin korlandığı deyilir. Anar bəy bu şayiələrə də aydınlıq gətirib: "Bəli, həmin söz-söhbətlərə görə atası onu qəbul etmək istəmirdi. O, özü də atası ilə soyuq münasibətlər yaradırdı”.

Anar bəy "Şairin səhhəti pisləşəndə siz onun yanında idiniz, hadisə necə baş verdi, onun son sözləri nə oldu?” sualımıza cavabında bunları deyib: "Bəli, biz onun evində idik, mənə dedi ki, özümü pis hiss edirəm. Həkim çağırmağı təklif etdim. Dedi ki, "Həkim lazım deyil”. Əhvalının get-gedə daha da pisləşdiyini görüb, onun sözlərinə məhəl qoymayaraq, evə həkim dəvət etdim. Daha sonra qardaşına xəbər verdim. Onlar gəldilər və həkimin də qərarına görə, xəstəxanaya aparmağı məsləhət gördülər. Lakin şair buna da razı olmadı. Vəziyyətinin daha da ağırlaşdığını hiss edib, Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Orada səhər saatlarında keçindi”.


Xəbər lenti

300x200r