Avqustun 31-də Ermənistanda konsert verməyə hazırlaşan, əsl adı Faiqə Atəşin olan Ququşun Azərbaycanda kəskin şəkildə təndiq olunduğunu xəbər vermişdik.
Publika.az xəbər verir ki, əslən cənubi azərbaycanlı olan, amma özünü iranlı kimi təqdim edən ifaçı haqqında xeyli müzakirələrdən sonra daha bir fakt üzə çıxıb. Belə ki, oxuculardan biri bizə Ququşun azərbaycanlı olduğunu dəfələrlə etiraf etdiyini bildirib. Şapur Hüseynzadə adlı oxucu bildirib ki, o, Ququşun yaradıcılığını yaxından izləyir və bir neçə dəfə onun konsertlərində iştirak edib:
“O, “Ayrılıq” mahnısını oxuyanda həmişə zaldakılardan “Burda mənim həmvətənlərim var?” , - deyə soruşardı. Sonra bu mahnını oxuyub ağlardı. Bir çox konsertlərində 10-a yaxın Azərbaycan mahnıları oxuyub. Məsələn, "Sənə də qalmaz"ı ifa etdikdən sonra sonda “Yaşasın Azərbaycan!" deyərdi. Bir dəfə isə Türkiyədə verdiyi müsahibədə ondan türkcə bilib-bilmədiyini soruşublar. Onda Ququş cavabında azərbaycanlı olduğunu və türk dilini çox yaxşı bildiyini deyib. Bunları mən öz gözlərimlə görmüşəm və eşitmişəm. 50 ildir ki, Ququşun yaradıcılığını yaxından izləyirəm. Onun haqqında İranda çap olunan bütün məqalələri oxumuşam, hətta azərbaycanlı olması haqqında yazı da yazmışam”.
Məlumat üçün bildirək ki, əməkdar artist Yaqub Zurufçu Ququşun əslində milliyyətcə azərbaycanlı olduğunu heç zaman etiraf etmədiyini, özünü hər yerdə iranlı müğənni kimi təqdim etdiyini demişdi.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub