Hadisə aşiq olanda daxili harmoniyasının pozulduğunu etiraf edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni “Elle” jurnalına müsahibə verib. Müsahibədə şəxsi həyatı haqqında maraqlı açıqlamalar verən 31 yaşlı ifaçı sevdiyi kişidən uşaq dünyaya gətirmək istədiyini də ifadə edib.
Tez-tez artıq çəkiləri ilə gündəmə gələn Hadisə mübariz ruha sahib olduğunu vurğulayıb:
“Əsl mübariz və döyüşçü ruhuna sahibəm. Başqaları “Belə olmalısan” dediyi üçün deyil, sadəcə özüm istədiyim üçün dəyişərəm. Mənə nə xoşbəxtlik gətirirsə, o cür yaşayıram. 31 yaşım var. 30-dan sonra qadınlar dünyaya uşaq gətirməyə hazır olur deyirlər, mən də bunu hiss etməyə başladım. Əgər həyatımda "Bəli, bu adamla ailə qura bilərəm” deyə biləcəyim biri olarsa, uşaq sahibi olmaq istəyərəm. Mənimlə 3-4-5 uşaq sahibi olmaqdan qorxmayacaq, bunun kefini yaşayacaq, qorxularını, məsuliyyətini, ehtirasını mənimlə yaşamaq üçün həyəcanlana biləcək bir adamla evlənmək istəyirəm".
Eşqin onu çox dəyişdirdiyini deyən sənətçi fikirlərini belə davam etdirib:
"Aşiq Hadisəni sevmirəm. Hissləri dərin, sərt və həyəcanlı yaşayıram. Bu vəziyyət daxili harmoniyamı pozur. Açığı, daxili tarazlığımın pozulmasını xoşlamıram. Hədsiz aşiq olmadan, məni anlayan, həyata eyni gözlə baxa biləcəyim biriylə olmağı üstün tuturam. Ətrafım çox geniş deyil. Yaşadığım təcrübələrdən sonra yeni dostluqlara inanmıram. Ətrafımdakı az, amma doğma adamlar üçün dünya yandırıram".



1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub