USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Fədayə Laçın "Oğlumu evləndirmişəm, tezliklə nənə olacağam" - FOTOLAR

21:38 26.07.2017
Fədayə Laçın "Oğlumu evləndirmişəm, tezliklə nənə olacağam" - FOTOLAR
21:38 26.07.2017

Müğənni Fədayə Laçının Milli.Az-a müsahibəsi

- Fədayə xanım, illər ötüb-keçir, siz heç dəyişmirsiniz. Olmaya hər il əməliyyat etdirirsiniz?

- Heç bir əməliyyat etdirməmişəm, heç dieta da saxlamıram. Mənim fiziologiyam belədir. Deyim ki, genetikdir, bu yalan olar. Mən heç vaxt kök olmamışam, bir az bundan kök olmuşam. İndi daha da çox arıqlamışam, deyilənə görə yaşıma görə çox cavan görünürəm.

- Fədayə xanım sənətdə kimin çörəyini yeyir?

- İnsan heç vaxt kiminsə yaxşılığını itirməməlidir. Ustadına kəm baxanın gözlərinə qan damar. Mən öz çörəyimi yeyirəm. İllər öncə "Şükriyyə" mahnısı ilə sənətə gəlmişəm. Mən Tacirlə, Məhəbbətlə duet oxumamışdan öncə də tanınırdım. Tacirlə oxuduğumuz duetlər sadəcə olaraq çox sevildi. Ondan mən muğamlar da öyrəndim. Nə Məhəbbət Kazımovun, nə də Tacirin əziyyətini itirmərəm.

- Gününüz necə keçir? İş rejiminiz necədir?

- Mən bütün gecəni oyaq qalıram. Yatmıram, yatmağı xoşlamıram.

- Yuxularınız niyə ərşə çəkilib?

- Mən lap əvvəldən beləyəm. Gecələr yatarlar? Oğlumla səhərə kimi oturururuq, o şeir yazır, mən mahnı oxuyuram. Biz ruh adamıyıq, gecələri sevirik. Gecələri tək buraxmaq olmaz.

- Ananızla qalırsınız?

- Xeyr, öz evimdə qalıram. Anam o biri bacılarımla da, mənimlə də qalır. Gəlib yeməyimi də bişirir. Sağ olsun.

- Sənət adamları övladlarının bu sənətdə olmasını xoşlamır. Siz necə razılıq verdiniz ?

- Həqiqətən də bizim sənət çətindir. Mən oğlumda istedadı gördüm deyə razılıq verdim. Mənim evimdə həqiqətən də incəsənətimiz üçün böyük dahi böyüyür. İndi sənətə, sözə həvəs artıb. Bir vaxtlar bizi də efirlərə dəvət etmirdilər. Adımızı da "bozbaş" qoymuşdular. "Bozbaş" ən dadlı yeməkdir. Yəni, biz dadlı oxuyuruq?

- Rəqsanənin o vaxtlar oxuduğu bütün mahnıları "bozbaş" adlandırırdılar.

- Rəqsanə ola bilər ki, o vaxtlar bayağı oxuyub. İndi amma səsinin tembiri düzəlib, qəşəng oxuyur. Çox bəyənirəm onun ifalarını. Məndə belə bir xüsusiyyət var ki, yaxşıdırsa, yaxşı deyəcəm, pisdirsə pis.

- Son zamanlar şou-biznesdə "mikrofon" problemi yaman dəb halını alıb. Olmaya siz də toylarda bu problemlə üzləşmisiniz?

- Mən heç kimin əlindən mikrofonu almamışam. Uzatmasalar da heç vaxt götürmərəm. Bəzən olur ki, gecikdirirlər, toy yiyəsi gəlib həmin müğənninin özünə hörmətsizlik edir. Mikrofonu alıram əlimə, toyu sıfırdan aparmağa başlayıram.

- Qadın kimi xoşbəxtsiniz?

- Deməzdim ki, qadın kimi xoşbəxtəm. Yox!

- Xoşbəxtliyinizi çox axtardınız?

- Heç axtarmadım da tapım. Əgər o gəlmədisə bundan sonra heç vaxt gəlməyəcək. Mən xoşbəxtliyi övladımda, anamda, bacılarımda tapmışam. Qadın xoşbəxtliyi mənə qismət olmayıb.

- Bəzi müğənnilər var ki, həyat yoldaşlarından ayrılanda depressiyaya düşüb, çətin günlər yaşayır. Siz necə?

- Həyatdan küsmək lazım deyil. Bütün bəlalar canlılar üçündür. Biz ayrılandan sonra da dost qaldıq. Mənim oğlumun atasıdır. O çox gözəl insandır. Mən ondan ziyan görməmişəm. O mənə bir oğul bəxş edib. Mən övladımın atası ilə düşmən ola bilmərəm.

- Övladınıza yaxşı ana ola bilmisiniz?

- Onu mənim oğluma sual vermək lazımdır. O mənə deyir ki, sən ideal anasan.

- Bildiyimə görə övladınızın bir dostuna da analıq etmisiniz..

- Bəli, Əlhəmin dostudur, mənim də balamdır. Əslində bunları danışmağı xoşlamıram. O oğlumu evləndirmişəm, bu günlərdə nənə olacağam. O məndən ayrı yaşasa da bir əli üstümdədir. Bilir ki, mən yemək yeməmişəm, gətirib yeməyi qoyur yanıma ki, durub yeyim. Əsgərlik illərindən mənim himayəmdə böyüyüb. Onu heç bir vaxt oğlumdan ayırmadım.

- Gəlininizdən razısınız?

- Hə, çox razıyam. Təmizkarlığından, gözəlliyindən gəlinim mənə oxşayır (gülür).

- Bəs Əlhəmi nə vaxt evləndirirsiniz?

- Əlhəm, deyəsən, məni gec nənə edəcək. Nə edim? Şairlər ya evlənmir, ya da ki, gec evlənirlər.

 


Xəbər lenti

300x200r