Məşhur müğənni Röya Ayxan yaradıcılığında növbəti yeniliyə imza atıb. İfaçı yeni klipini ərsəyə gətirib.
Röyanın mətbuat katibi Türkan Məmmədlinin verdiyi məlumata görə, klip musiqisi Pərviz Mahmudovun, sözləri Azər Şirinin olan “Mən sənsiz” adlı mahnıya çəkilib. Klipin rejissoru Müjdat Küpçi, stilisti Baner Hamamcı, meneceri isə Yeşim Demirdir. Yeni ekran işi üzərində ümumilikdə 30 nəfərdən ibarət heyət çalışıb. Röya klipdə 5 fərqli obrazda çəkilib.
“Mən sənsiz” klipinin əsas görüntüləri İstanbuldan bir az uzaqda yerləşən “Möhtəşəm yüz il” serialının çəkiliş məkanında lentə alınıb. “Mən sənsiz” adlı klipin avqustda tamaşaçılara təqdim olunacağı gözlənilir.
(Publika.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub