Xalq artisti Ağadadaş Ağayev prodüseri Əzizağa Qurbanovla yolları ayrılıb. Bununla da 18 illik işbirliyinə son qoyulub.
Mynews.az-ın məlumatına görə, bu barədə Yenicag.az-a prodüser özü açıqlama verib. Onun sözlərinə görə, xalq artisti ilə aralarındakı dostluq davam edəcək. Ayrılığa səbəb isə prodüserin Türkiyə şou-biznesinə qatılmasıdır:
“18 il Ağadadaş Ağayevlə işbirliyimiz olub. Amma qismət elə gətirdi ki, Türkiyəyə köçməli oldum. Hazırda İstanbulda yaşayıram və Azərbaycanla əlaqələrimiz davam edəcək. Bundan sonra Azərbaycan müğənnilərinin Türkiyədə, türk ulduzlarının da Azərbaycanda konsertlərini təşkil edəcək və bu istiqamətdə işlərlə məşğul olacağam”.
Qeyd edək ki, ixtisasca musiqiçi olan Ə.Qurbanov mərhum pianoçu Həsənağa Qurbanovun qardaşıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub