Türkiyəli aktrisa Yeliz Yeşilmen qızı Asiya ilə namaz qıldığı zaman foto çəkib.
BiG.AZ xəbər verir ki, şəkili sosial şəbəkədə paylaşan aktrisa tənqidlərə məruz qalıb. Təqibçiləri "Dırnaq boyası ilə dəstəmaz alınmır", "Bu fəlakətlər, terror pozğunluq və təhqirlərin üçün bir xəbərdarlıqdır" deyərək onu biabır ediblər.
Yeşilmen namaz fotosuna bunları yazıb:
''Yer, göy dua üstündə quruldu. Biz qızımla birlikdə dəstəmaz aldıq, 2 rükət namaz qıldıq və hər zaman olduğu kimi uca yaradana sığındıq. Yaxşı ki, inanclıyam, şükürlər olsun. İnancım olmadan nəfəs ala bilmərəm. Davamlı olaraq dilimdə dualarım var. Gəzərkən, yemək yeyərkən, üzərkən, yatarkən. Bu təbiətin insanlardan intiqam aldığı çətin günlərdə edəcək heç bir şey yoxdur. Tək şey təbii ki, dua etmək, düzgün yaşamaq. Yalandan, qeybətdən uzaq. Alnımızda nə yazılı isə onu yaşayarıq. Hara qaçırıqsa qaçaq, alnımızda nə yazılıbsa odur.
Son illər çətin keçir - terror, fəlakətlər, təcavüzlər... Eh...! arada bir xəbərdarlıq olmalıdır ki, insanlar özünə gəlsin. Ən qorxuncu günah birini boş yerə mühakimə etməkdir. Bu hal-hazırda tez-tez edilən səhvdir. Bəli, ideal deyilik bəlkə, amma öz adıma bunu söyləyərəm, inancım mənə yetər. Keçmiş olsun Bodrum və keçmiş olsun İstanbul. Bol dua edib, uşaqlarımıza da öyrədək, xahiş edirəm. Gecəniz xeyirə".

1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub