"Valideynlərim aktrisa olmağımı istəmirdilər. Amma bu, mənim uşaqlıq arzum idi. Ona görə də valideynlərim mənə çox mane olmadılar".
Mynews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Günel Məmmədova deyib.
"Günəşim ol" serialından tanınan Günel "ATV kulis"in qonağı olub. O, yaradıcılığından, teatrdakı fəaliyyətindən söz açıb:
"Avropada doğulsaydım başqa çərçivələrdə çalışardım. Burada ailəmi, gələcək həyat yoldaşımı nəzərə alaraq özümə çərçivə qoymuşam. Deyirlər, aktrisanın heç bir çərçivəsi olmamalıdır, bununla razıyam. Bu da mənim məşhurlaşmağıma mane olur. Bir çox layihələr var ki, çərçivələrə görə imtina etmişəm. Onlara "hə" desəydim, vizit-kartım olardılar. Bəziləri üçün bu normaldır. Amma mən onu aşa bilmirəm.
Moskvada, İtaliyada, Türkiyədə çalışmaq imkanım olub. Amma ailəmə görə getmədim. Onları geri çevirməyimə çox peşmanam".
Günel şəxsi həyatından söz açıb. O, yaxın günlərdə ailə quracağını söyləyib:
"Hə" etmişik. Toyu isə İnşallah, yaxınlarda edəcəyik. Sənətimi çox sevirəm, onun dəlisiyəm. İstəməzdim gələcək həyat yoldaşım qarşıma sənətlə ailə seçimi qoysun. Hansını seçəcəyimi bilmirəm.
Bizim sənətdə çox riyakarlıq var. Mükafat almaq mənim üçün göstərici deyil. Layiq olan da, olmayan da bu mükafatı alır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub