ARB TV-də yayımlanan "Yaşamaq gözəldir" proqramının növbəti buraxılışında maraqlı anlar yaşanıb.
Görmə zəifliyi ilə əlaqədar olaraq həkimə müraciət edən aparıcı Sona Məmmədova artıq eynəkdən istifadə etmədiyini bildirib.
Aparıcı onun gözlərini əməliyyat edən həkimlə birlikdə proqrama qatılaraq onun ünvanına xoş sözlər ünvanlayıb: "Biz artıq uzun müddətdir ki, tanışıq. Dostluğumuz var. İnşallah bizim bu səmimiyyətimiz tamaşaçılara da xoş gələr. Bu gün eynəyimi unudub özümlə gətirmişəm. Amma həkimimiz əməliyyat etdiyi bütün xəstələrinin eynəklərini öz otağında şəffaf bir şüşənin içərisində saxlayır. Əməlli-başlı arxivi var. Orada mənim eynəyim çatışmır. Bu eynəyimi də orada görmək istəyirəm".
Sonda eynəyini həkimə hədiyyə edən aparıcı, həyatda 2-ci böyük sevincini yaşadığını bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub