Müğənni-bəstəkar Emin Ağalarovun təşkil etdiyi “Jara” musiqi festivalı başa çatıb.
Mynews.az-ın məlumatına görə, dörd gün davam edən festival çərçivəsində Rusiyanın tanınmış simaları Bakının qonağı olublar.
Əcnəbi ulduzlarla yanaşı “Jara”da səhnəyə yerli müğənnilər də çıxıblar. Müğənnilər gecədə ifaları, göstərdikləri şou ilə yanaşı geyimləriylə də diqqət çəkiblər.
Əməkdar artist Röya Ayxan qırmızı xalıya çıxan zaman bej rəngli qısa libas geyinib. Səhnədə müğənni Miri Yusiflə duet oxuyan zaman isə ifaçı qısa göbəyiaçıq göy paltardan istifadə edib.

Festivalda ən diqqətçəkən məqamlardan biri “Eurovision 2011” qalibiNigar Camalın geyimi olub. Nigar rusiyalı duet ortağı Dima Bilanla səhnədə şou göstərib. Onun “Obnimi menya” mahnısının sədaları altındakı rəqsi qədər, geyimi də müzakirələrə səbəb olub. Camal qırmızı xalçada ombasına qədər uzun yarığı olan bej rəgli paltar geyinib. Səhnədə isə qırmızı bikinini xatırladan geyimdən istifadə edib.

Müğənni Emilya Yaqubova da “Jara”nın qonaqları sırasında yer alıb. Emilya qırmızı xalçaya boz rəngli qısa libasla çıxıb. Səhnəyə isə dekolteli və uzun yarıqlı paltarla gəlib.

Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub