Aparıcı Kamran Quliyev İTV-dəki işindən ayrılıb.
Mynews.az-ın məlumatına görə, bu haqda o, əməkdaşımızla söhbətində deyib.
Kamran getməyinin səbəbini də açıqlayıb:
“Artıq 1 aydır ki, işdən çıxmışam. Qarşılıqlı danışma, razılaşma yolu ilə belə addım atdım. İctimai kanalda maraqlı layihələr etdim. Amma izlənmədi. Həmin verilişləri hansısa baxımlı kanalda etsəydim, indi küçədə məni tanımayan olmayacaqdı”.
K.Quliyev yeni mövsümdə efirdə fərqli bir formatda verilişlə görünəcəyini söyləyib:“Artıq proqramlarım sahibi olduğum “KA Media” prodakşında hazırlanacaq. Burada şərt deyil ki, aparıcı kimi mən görünüm. Daha səviyyəli, maraqlı iki veriliş gəlir. Əvvəl düşünürdüm ki, sentyabrda efirə çıxım. Amma daha keyfiyyətli layihə əldə etmək üçün proqramım bir az gec təqdim olunacaq”.
Qeyd edək ki, Kamran 9 ildir İTV-də çalışırdı.

Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub