Ötən bazar günü Bakıda 4 günlük “Jara” musiqi festivalı yekunlaşıb. Festivalda Rusiya şou-biznesinin bir çox ulduzları iştirak ediblər.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, festivalın təşkilatçılarından biri, məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov bu möhtəşəm tədbirin yekunları barədə "Komsomolskaya pravda"ya danışıb.
“Mən çox istərdim ki, bu festivalın hüdudları olmasın. Burada post-sovet və Rusiya şou-biznesinin nümayəndələri toplaşıb. Azərbaycan tamamilə neytral, dünyəvi, müstəqil dövlətdir. 70-ci illərdə burada caz festivalları keçirilirdi. Nəyə görə də bu ölkədə iri musiqi tədbirlərinin təşkili ənənələrini bərpa etməyək? “Jara” dəbdə olan, gənclərə yönəlmiş, eyni zamanda ənənələri nəzərə alan tədbirdir”- Emin Ağalarov bildirib.
Emin Ağalarov bildirib ki, festivala bütün tanışlarını və dostlarını, o cümlədən ABŞ prezidenti Donald Trampı, Robert de Nironu, Cennifer Lopesi də dəvət etməyi planlaşdırır: “Mən onları öz festivalımda gözləyirəm. Həyatımda qarşılaşdım istənilən adam mənim festivalımın arzuolunan qonağıdır”.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
1047 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
1043 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
999 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
997 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
992 dəfə oxunub