Tanınmış hüquqşünas, teleaparıcı Zülfiyyə Bayramova mükafata layiq görülüb.
Mynews.az-ın məlumatına görə, aparıcının müəllifi olduğu “Qanunla Biz” telelayihəsi “Zirvə” Ziyalılar Təşkilatı tərəfindən mükafatlandırılıb. Adıçəkilən telelayihə “İlin ən maarifləndirici verilişi” nominasiyasında seçilib.
Z.Bayramova layihəsinin maarifləndirici xarakter daşıdığıını bildirdi: “Qanunla Biz” verilişi vətəndaşların öz huquqlarını öyrənməsi üçün nəzərdə tutulmus verilişdir. Biz bu telelayihəmizlə çalışırıq ki, insanlar gündəlik həyatda qarşılaşdığı və qarşılaşa biləcəkləri problemlərin qanuni müstəvidə həllini öyrənsinlər. Çox sevinirk ki, ATV-də yayımlanan bu veriliş insanların marağına səbəb oldu və məhz ilin en maarifləndirici verilişi olaraq mukafatlandırıldı. ATV həmişə ilkə imza atıb, “Qanunla Biz” verilişi də bir ilk idi. İnşallah, yeni mövsümdən yenə də öz işimizi davam etdirib, insanların huquqi maariflənməsinə yardım edəcəyik”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub