Meyxanaçı Üzeyir Mehdizadə onu tənqid edən insanlardan söz açıb.
Mynews.az-ın məlumatına görə, o, bu haqda rejissor Nail Naiboğlunun layihə rəhbəri olduğu verilişdə danışıb: "Məni sevənlərlə yanaşı tənqid edənlər də var. Əslində normal tənqid yaxşıdır. Kimsə məni normal tənqid edirsə, demək ki, dostumdur. Dost-dostu tənqid edir ki, gələcəkdə həmin səhvi edib, geriləməsin. İşi daha da yaxşı olsun. Amma elələri də var ki, paxıllıqdan irad bildirir. Bəzilər isə heç mənim sənətimdən xəbərləri yoxdur. Amma bo-boş danışır".
Meyxanaçı xalq artisti Aygün Kazımova ilə duet oxumasından da söz açıb: "Aygün xanımla duet oxumağı prodüser Tolik istədi və bizdə ifa etdik. Mənə Tolikdən bu dəvət gələndə böyük məmnuniyyətlə qəbul etdim. Kim istəməz ki, xalq artisti ilə duet oxusun? A.Kazımova musiqi dünyasında sözünü demiş sənətçidir".
Üzeyir şəxsi həyatı haqda danışmağı sevmədiyini də xüsusi ilə diqqətə çatdırıb: "Şəxsi həyatım haqda danışamğı sevmirəm. Heç vaxtda imkan vermərəm ki, bu barədə mətbuatda xəbər dərc edilsin. Ətrafımda olan insanlar belə şəxsi həyatım haqda heç nə bilmir".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub