Müğənni Rəqsanə İsmayılova 30 ildən sonra qardaşını tapıb.
Mynews.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi “Xəzər maqazin”ə açıqlamasında deyib ki, qardaşı atasının ikinci evliliyindən dünyaya gəlib: “Bir gün mənə mesaj gəldi ki, qardaşınam və şəklini atdı. 30 il qardaşımdan xəbərsiz olmuşam. Atam anamla boşanıb, Rusiyada evlənəndən sonra bir oğlu olub. Daha sonra oğlunun anasından ayrılıb. Onun yazdığı nömrəyə tez zəng vurdum. Eyni bizə oxşayır.
Bir vaxtlar mən atamı axtarırdım. Qardaşım mənə deyir ki, niyə atamızı axtarırsan? Axı o, bizi illərlə axtarmayıb. Ondan heç nə görməmişik”.
Rəqsanə qardaşının hazırda həbsxanada olduğunu söyləyib: “Deyib ki, oradan çıxan kimi birbaşa bizi görməyə gələcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub