Müğənni Rəqsanə İsmayılovanı hədələyərək 30 min manat pulunu istəyiblər.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, özünü “vorzakon” kimi təqdim edən şəxs sosial şəbəkədə ona yazaraq, hədə-qorxu gəlib.
Rəqsanə “bakılı_karinoy” adlı profilin şəklini və yazdıqlarını paylaşaraq, bunları qeyd edib: “Hansısa “razborşik”dir, bütün müğənnilərdən pul tələb edir. Məndən də 30 min manat istəyir. Verməsəm, yaxud polisə müraciət etsəm, məni yatdığım yerdən götürəcəklər. Baxın, görün nə qədər qudurmuş, harınlamış insanlar var. Utanıb yerə girmirlər. Ən azından hörmət qazanan yaxşı oğlanların adını bunlar batırır.
Qadına yazır ki, pul ver, biabırçılıqdır. Belə insanlara nə etmək lazımdır? Polisdən qorxan belə alçaqlıq edər? Nə deyim, müğənnilər elə sizin üçün qazanırmış... Yaxşı oğlansan, canın çıxsın, get qazan.
Azərbaycan dövlətində özbaşınalıq yoxdur. Sənin kimi onun-bunun qazancını tələb edənlər həbsxanada oturur. Əziz müğənnilər, kimə belə yazı gəlibsə, payını versin. Şükür ki, qanuni ölkədə yaşayırıq. Allah vurmuşdu səni... Ləqəbə bax hələ, “Qədeş”...”
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub