NTV-nin jurnalisti Nikita Razvozjayev canlı yayım zamanı döyülüb.
BiG.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə jurnalistin Moskvada Qorki parkında fontanlarla bağlı hazırladığı reportaj zamanı baş verib. N.Razvozjayev canlı yayıma qoşulan zaman parkda Hava Desant Qüvvələri gününü bayram edən hərbçilər də olub.
Bu zaman iri cüssəli, sərxoş kişi jurnalistə yaxınlaşaraq ona “Ukraynanı tutacağıq” deyib və söyüş söyməyə başlayıb.
Razvozjayev ondan susmasını xahiş edib, bu zaman sərxoş şəxs “sən mənimlə belə danışacaqsansa, cavabını alacaqsan...” deyərək jurnalistin sifətinə yumruq vurub.
Lakin yoldan keçənlər onu tutub saxlayıblar və televiziya parkdan bağlantını kəsib.
Sonra aparıcı yenidən efirə çıxıb və problem yarandığını, tezliklə həll olunacağına ümid etdiyini deyib. O, həmçinin müxbirin vəziyyətinin də normal olduğunu bildirib.
Jurnalistə hücum edən şəxs üzərində “Oplot” yazılan köynəkdə olub. Bu təşkilat 2013-2014-cü illərdə - Ukraynada siyasi böhran dövründə məşhurlaşmışdı. 2014-cü ilin aprelində fəallar Donetskdə şəhər şurasının binasını tutdular və həmin il rəsmi Kiyev "Oplot"u terror təşkilatı kimi tanıdı.
Xatırladaq ki, “Oplot” təşkilatının əsasını Ukrayna güc strukturlarının yetirməsi olan Yevgeni Jilin qoyub. O, ötən il sentyabrın 19-da Moskva ətrafı “Qorki 2”qəsəbəsində restoranında sui-qəsd nəticəsində öldürülüb.
Həmin görüntüləri sizə də təqdim edirik:
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub