Meyxanaçı Namiq Qaraçuxurlu iranlı ailənin qonağı olub.
Bu barədə sənətçi özü məlumat verib. Görüşün təşəbbüskarı isə əməkdar artist Natiq Şirinov olub:
"Uzun illərdir ki, görüşümüzü arzulayan bir iranlı ailəsinin arzusunu nəzərə alıb onlara sürpriz etdik. Buna görə Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinova hər iki tərəf adından təşəkkür edirəm. Bu insanların, xüsusəndə yaşlı anamızın sevinci mənim üçün böyük mənəvi zövqdür. Allahım, mənə bu gözəllikləri bəxş etdiyin üçün, məni sevənlərin qəlbinə bu doğmalığı, bu məhəbbəti verdiyin üçün sənə şükürlər olsun. Tanımadığım insanlarla, qəlbimizdən gələn sevgiylə, sayqıyla doğmalaşırıq. Təəssüf ki, bu sevgini yaşayan insanlarla ayrı-ayrılıqda görüşməyim mümkün deyil. Əksər vaxtı yalnız konsertlərdə bu ünsiyyət uzaqdan da olsa real olur. Fürsəttən istifadə edib, bu insanların simasında İranda yaşayan bütün sevənlərimi salamlayıb, sevgiləri üçün dərin təşəkkürümü bildirirəm. İnşallah qismət olarsa, konsert proqramıyla hüzurunuzda olaram".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub