Əxlaqsızlığı təbliğ etməkdə günahlandırılan evlilik proqramlarına milyonluq cərimələr! SİYAHI

1313
Əxlaqsızlığı təbliğ etməkdə günahlandırılan evlilik proqramlarına milyonluq cərimələr! SİYAHI

RTÜK (Türkiyə Radio və Televiziya Ali Şurası) evlilik verilişləri ilə bağlı onlara gələn minlərlə şikayət dolu məktubları nəzərə alaraq, 6 proqramı 2 milyon 133 min 903 lirə dəyərində cərimələyib.

Siyahıya “ATV” kanalında yayımlanan Esra Erolun, “Show TV”-dəki Seda Sayan və Uğur Aslanın, “Star TV”-dəki Zuhal Topalın, “Kanal D”-deki Səda Akgülün izdivac proqramları da daxildir.

Qadını istismar edirlər

RTÜK cərimələnmə səbəbi kimi həmin verilişlərin cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunması prinsiplərinə uyğun olmamasını, insan şərəfinə və şəxsi həyatın sirrinə hörmət etmək prinsipinə ziddiyyətin olmasını, ictimai gender bərabərliyinə qarşı çıxmasını, eləcə də qadınlara qarşı təzyiqlərə təşviq və istismar edilməsini göstərib.

Proqramlara verilən cərimə miqdarları belədir:

“ATV Esra Erol”: 567 min 467 TL (təxminən 300 min manat)

“Kanal D” – “Kismətsə olur”: 397 min 57 TL (təxminən 200 min manat)

“Show TV-də Evlənəcəksən Gəl” : 382 min 285 TL (təxminən 200 min manat )

“Star TV "Zuhal Topalla”: 351 min 550 TL (təxminən 180 min manat)

“Fox TV "En İyi Benim": 315 min 786 TL (təxminən 165 min manat)

TV 8 "Göz 6": 119 min 758 TL (təxminən 56 min manat)

Xəbər lenti