Daha bir tanınmış şəxs Lider TV ilə yollarını ayırıb.
Mynews.az-ın bakupost.az-a istinadən məlumatına görə, TV-nin bədii rəhbəri, rejissor, əməkdar incəsənət xadimi Etibar Babayev vəzifəsindən istefa verib.
Belə ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) keçmiş bədii rəhbəri E. Babayev Lider TV ilə əməkdaşlığa iyun ayının ortalarında başlayıb. Belə ki, o, sözgüdən tarixdə TV-nin bədii rəhbəri postuna təyin edilib. E. Babayev Liderə öz komandası ilə birlikdə gəlib. Bədii rəhbər və komandası TV-də yalnız 3 həftə çalışıb. Etibar Babayev getdikdən sonra isə, onunla birlikdə gələnlər də televiziyadan ayrılmaq qərarı veriblər.
Məsələ ilə bağlı Lider TV-dən açıqlama vermək istəməyiblər.
Xatırladaq ki, son vaxtlar mətbuatda Lider TV ilə bağlı xoşagəlməz məlumatlar yayılır. Belə ki, bir müddət əvvəl, sözügedən televiziya kanalında işçilərin 3 aydır, maaş almadığı barədə informasiyalar yayılmışdı. TV rəsmiləri isə faktı təkzib etmişdilər.
Daha sonra isə Liderin tanınmış simalarından olan Lamiyə Ələkbərqızının kanalla yollarını ayırdığı bildirilirdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub