"İnternatda böyümüşəm deyə təkliyə öyrəşmişəm"
ARB TV-nin "Evgördü" verilişinin qonağı olan müğənni Əli Mirəliyev maraqlı açıqlamalar verib.
Əli Mirəliyev təkliyi sevdiyini bildirib:
"Tək qalmağı sevirəm. Amma bu o demək deyil ki, bayquş kimi olmağı deyirəm. Yatanda tək yatmaq istəyirəm. Heç kimi istəmirəm. Belə, insanların içində olanam, yoldaşım gəlir, öpürəm, qucaqlayıram, amma deyirəm ki, qalma, get şəhərə. Uşaqlıqdan ayrı böyümüşəm. İnternatda tək həyat sürmüşəm. Mənim yanımda kimsə yatanda, başqa iyi alıramsa, narahat oluram".
O, hansı sənətçiylə yaxınlıq etdiyini də açıqlayıb: "Ağadadaş Ağayevlə dostuq. O, insan kimi çox yaxşı insandır. Dəyərli və cana yaxın biridir. Həm ata kimi atadır, həm kişi kimi kişidir. İllərlə dostluq edirik".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub