Meyxanaçı Namiq Qaraçuxurlu özünü bəstəkar adlandıran gəncləri tənqid edib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, "ATV maqazin onlarla"ya danışan meyxanaçı özünü belə bəstəkar adlandırmaqdan çəkindiyini deyib:
"Elə mahnılar çıxır ki, adam qulaq asanda dəhşətə gəlir. Orada bəstəkarlığın "b" hərfi yoxdur. "Raqqada-çıqqada" oxuyurlar. Nə istəyirlər, edirlər. Heç estrada, pop janrında da oxumurlar. Məntiqlə o insanlara bəstəkar demək olmaz. Eləcə də mənim üçün. Bəstəkar bir az ağır, sanballı sözdür. Onu daşımaq çətindir. Bəlkə də bizim önümüzdə böyük bəstəkarlar olmasaydı, buna normal yanaşmaq olardı ki, mənə də bəstəkar desinlər. Bizi yan-yana qoyanda bir az doğru olmur ki, ona da bəstəkar desinlər, mən də...
Hələ heç "müğənni" sözünü də çiynimə götürə bilmirəm. Amma arxayın olduğum bir sənət var ki, o da meyxanadır. Məntiqli olar ki, mənə elə meyxanaçı-müğənni desinlər. Bir çox müğənnimiz var ki, onlara mikrofon uzadıb desən nəsə oxu heç bir şey edə bilməyəcəklər. Müğənnilərimiz var ki, neçə ildir səhnədədirlər, bir dənə də olsun mahnı bilmirlər. Mənim seçilməyimin səbəblərindən biri də budur ki, mən öz üslubumda ifa edirəm".
Namiq konsert verməməsinin səbəbini belə izah edib:
"Mənim konsertimi edib, söz verdiklərinə əməl etmədilər. Mən də konsertdən iyrəndim və bu işdən qaçdım. Bizdə təşkilatçılıq sahəsində boşluq var. İndi səhhətində problem olan Nahidə (Nahid Emiloğlu - red.) allah insaf versin, sonuncu konsertdən sonra mənə olan borcunu qaytarsın hələ...".
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
500 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
452 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
442 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
431 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
415 dəfə oxunub