"9 ildir sənətimdən uzaqlaşmışdım. Şükürlər olsun, 3 övladım, ailəm, həyat yoldaşım var. Baxıram ki, həm işi bacarıram, həm də ailəni idarə etməyi".
Mynews.az big.az-a istinadən xəbər verir ki, bu sözləri rejissor Kənan M.M.-in həyat yoldaşı Aygün Mahmudova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.
O, yenidən müğənnilik fəaliyyətinə davam edəcəyini söyləyib və heç vaxt ailəsini sənətinə qurban verməyəcəyini deyib:
"Bir az uşaqlara görə işlərimi vaxtında görə bilmirdim. Amma indi qızım böyüyüb. Bəziləri dözə bilmir, ailəni dağıdır, bəziləri də deyir, hər şey ailəmə qurban olsun. Heç bir qüvvə ailəmi dağıda bilməz. Heç bir qüvvə sevən, güclü müqəddəs ailəni parçalaya bilməz.
Dünyaya meydan oxuyan bir səsə malik sənətçi də olsam, heç vaxt ailəmi sənətə qurban vermərəm. Bu gün mənim həyat yoldaşım qadağa qoysa ki, oxumursan, mən hər şeyi ona qurban verərəm. Mənim üçün bu həyatda ən müqəddəs gözəl ailəm, həyat yoldaşım, ailəmin başçısıdır. Kənanao qədər saf, alicənab ailəsini sevən, ürəyi təmiz adamdır ki, o həmişə deyir, insanı qəfəsdə saxlamaq olmaz. Dar düşüncəli olmaq lazım deyil. Dar düşüncəli insanların ailəsində problemlər yaranır. Namuslu, qeyrətli biri heç vaxt yolunu aza bilməz”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub