"Çox xoşbəxtəm. Almaniyadan oğul nəvəm gəlib. Oğlumun oğlu, canımın canı... Nənəniz qurban boyunuza!"
Bu sözləri sosial şəbəkədə nəvəsi adlandırdığı gənc bir oğlanla fotosunu paylaşan xalq artisti Flora Kərimova yazıb.
Mynews.az bildirir ki, xalq artisti teleqraf.com-a açıqlamasında, indiyə qədər əksəriyyətin onun oğlunun olmasından bixəbər olduğunu bildirib:
"Hamı elə bilir bircə qızım var. Zümrüdüm... Yox, mənim bir oğlum da var. Oktayım... Oğlumun 50-dən çox yaşı olsa da, çoxu mənim oğlumun olmasından bixəbərdir. Yəqin bu onun burda yaşamaması ilə bağlıdır. Oğlum Oktay iki oğlu David və Faiqlə birgə Almaniyada yaşayır. Oğul nəvəm yenicə gəlmişdi yanıma... Sabah təəssüf ki, yenə onu yola salmalı olacağam".
Qeyd edək ki, Flora xanımın Zümrüd adlı bir qızı da var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub