Müğənni Niyam Salami onu “bəxtəvər” adlandıranların cavabını verib.
Mynews.az Axşam.az-a istinadən məlumatına görə, “ATV maqazin onlarla”ya danışan ifaçı restoran işlətdiyi üçün ona bəxtəvər deyənləri qınayıb:
“Restoran işlətmək, maşın sürmək bəxtəvərlikdir? Mən maşına aludə olan adam deyiləm. Bəxtəvər olsaydım, 2-3 ildən bir avtomobilimi dəyişərdim. Səhnədə ancaq insanlara enerji ötürürsən, o insanları bəxtəvər edirsən. Bəxtəvərəm ki, ailəmə baxıram. Ona görə mənə bəxtəvər desinlər. Məni kimsə tərifləyəndə də çox utanıram. Çünki tərifdən ya işləməyə bilərəm, arxayınçılıq yaranar, ya da sönə bilən adamam. Ona görə də, təriflənməyi xoşlamıram. Deyilənlərə qulaq assam, gərək Surxanıdan bayıra çıxmayım”.
Niyam istirahət etmək istədiyi ölkələrin adlarını da açıqlayıb:
“Mən istirahət etmirəm. Mənim üçün istirahət evdir. Xaric deyəndə bir dənə İspaniya və müsəlman dövlətlərini nəzərdə tuturam. Müsəlman ölkələrini, İspaniyanı gəzmək istəyərəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub